"Real Madrid" klubunun təcrübəli çalışdırıcısı Karlo Ançelotti vergi borcunu ödəmədiyindən dörd il müddətinə həbs oluna bilər.
King.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid"in baş məşqçisinin vergi borcu 2014-cü ildə 286 min 361 avro, 2015-ci ildə isə 675 min 718 avro olub.
Ançelottinin vergi borcu ümumilikdə bir milyon 62 min avro olduğundan dörd il müddətinə həbs oluna bilər.
Qeyd edək ki, təcrübəli çalışdırıcı həbs olunmaması üçün ilin sonunadək üç milyon 186 min avro ödəməli olacaq.
Oxşar Mövzular
Ən çox qızıl ehtiyatı olan 10 ölkə
17-03-2025, 11:07Enerji içkiləri: Faydaları və zərərləri
13-10-2024, 22:40
ABŞ vətəndaşlarına üç Afrika ölkəsinə getməyi qadağan etdi
20-05-2026, 14:40