"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni rekorda imza atıb.
King.Az xəbər verir ki, 37 yaşlı futbolçu "Toronto" ilə qarşılaşmada birinci hissənin sonunda qol vuraraq hesabı bərabərləşdirib - 1:1.
Bununla da o, klub tarixinin ən məhsuldar oyunçusu olub. Messi indiyə qədər "İnter Mayami"də 24 qol və 20 məhsuldar ötürməyə imza atıb.
Lionel Messi 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Argentinalı forvardın "İnter"lə hazırkı müqaviləsi bu ilin sonunda başa çatacaq. 37 yaşlı hücumçu bu mövsüm MLS-də 4 müntəzəm mövsüm oyununda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Oxşar Mövzular

Rusiyada xarici valyuta və qızıl ilə əməliyyatlar dayandırıldı
31-03-2026, 11:35
Ramazan ayının 22-ci gününün İmsak, İftar vaxtları və Duaları
11-03-2026, 22:08
