Federiko Kyeza A Seriyasına qayıda bilər. "Liverpul"da möhkəmlənə bilməyən cinah hücumçusuna yeni təklif göndərilib.
King.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, İtaliya millisinin üzvü ilə "Roma" maraqlanır.
Lakin "canavarlar" yüksək transfer qiyməti və maaşı üzündən onu birdəfəlik almaq niyyətində deyillər. Paytaxt klubu Kyezanı yayda birmövsümlük icarəyə götürmək fikrindədir.
Hazırda oyunçunun özü ilə danışıqlar aparılır. Razılıq əldə olunsa, "Liverpul"a təklif göndəriləcək.
27 yaşlı Kyeza ötən yay "Yuventus"dan 12 milyon avroya transfer olunub. İngilislər "Fiorentina"da da çıxış etmiş hücumçu ilə 4 illik müqavilə bağlayıblar. Lakin o, ümidləri doğrultmur, ona görə də göndərilməsi gündəmdədir.
Oxşar Mövzular

Gündəlik Bürclər-(10.07.2025)
10-07-2025, 00:00
Ronaldunun çıxış etdiyi klubun yeni baş məşqçisi kim olacaq?
10-09-2024, 12:27İsrail və ABŞ Suriyaya genişmiqyaslı zərbələr endiriblər
9-12-2024, 02:02