İtaliya Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter" - "Milan" matçı baş tutub.
King.Az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda keçirilmiş oyun qonaqların inamlı qələbəsi ilə yekunlaşıb - 0:3.
"Milan"dan Luka Yoviç dublla yadda qalıb, daha bir dəfə Reynders fərqlənib.
Qeyd edək ki, tərəflər arasında ilk görüş 1:1 hesabı ilə başa çatmışdı.
"Milan" finalda "Bolonya" - "Empoli" cütlüyünün qalibi ilə qarşılaşacaq.
Oxşar Mövzular
MVDNES & 7VVCH - Bailar
27-05-2025, 17:48"Bayer Leverkuzen"də Xabi Alonsonu kim əvəz edəcək?
6-05-2025, 11:46
