"Napoli"nin yarımmüdafiəçisi Skott MakTominay İtaliya A Seriyasında mövsümün ən yaxşı oyunçusu seçilib.
King.Az xəbər verir ki, bu barədə İtaliya A seriyasının rəsmi "X" hesabında məlumat verilib.
Belə ki, şotlandiyalı futbolçu İtaliya çempionatının cari mövsümündə keçirdiyi 34 oyunda 12 qol vurub, altı məhsuldar ötürmə edib.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2024-cü ilin yayında "Mançester Yunayted"dən "Napoli"yə keçib. Onun klubla 2028-ci ilin yayına kimi müqaviləsi var.
Oxşar Mövzular
"Qalatasaray" tarixi uğurun bir addımlığında
12-05-2025, 13:52
