0
Cümə
May 30

"Milan"da baş məşqçi dəyişikliyi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Portuqaliyalı mütəxəssis Serjiu Konseysau "Milan" komandasının baş məşqçi vəzifəsindən azad edilib.

King.Az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

50 yaşlı Konseysau 2024-cü il dekabrın 30-dan "Milan" təmsilçisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 31 matça çıxıb. Bu matçlarda 16 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət qeydə alınıb.

Eyni zamanda, jurnalist Fabritsio Romano "X" sosial şəbəkə hesabında italyan mütəxəssis Massimiliano Alleqrinin "Milan"ın baş məşqçisi təyin edildiyini yazıb.

Qeyd edək ki, Alleqri 2010-2014-cü illərdə "Milan"ın baş məşqçisi olub.

Şərhlər (0)

Şərh yaz