Fransalı futbolçu Antuan Qrizman "Atletiko Madrid"lə yeni müqavilə imzalayıb.
King.Az xəbər verir ki, bu barədə İspaniya futbol klubunun rəsmi saytı məlumat yayıb.
34 yaşlı hücumçu ilə müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.
Qeyd edək ki, Qrizman 2014-cü ildən "Atletiko Madrid"in heyətində çıxış edir. O, 2019-2021-ci illərdə "Barselona"nın şərəfini qoruyub.
Fransalı hücumçu 442 matçda 197 qol vuraraq klub rekordu müəyyənləşdirib.
Oxşar Mövzular

Xabi Alonso "Real Madrid" rəhbərliyi ilə fikir ayrılığı yaşayır
30-12-2025, 14:55
