"Barselona" maliyyə qaydalarını pozduğuna görə ardıcıl ikinci ildir ki, UEFA-nın sanksiyaları təhlükəsi ilə üzləşib.
King.Az xəbər verir ki, bu barədə "The Times" məlumat paylaşıb.
İspaniya klubu maliyyə hesabatlarında pozuntulara görə UEFA-nın tətbiq etdiyi 420 min funt-sterlinq cəriməyə qarşı İdman Arbitraj Məhkəməsində (CAS) apellyasiya şikayətini uduzub. CAS-ın 2024-cü ilin oktyabrında verdiyi qərarda bunun bir daha təkrarlanacağı halda katalonların daha ağır sanksiyalara məruz qalacağı bildirilib.
Mənbənin sözlərinə görə, "Barselona" yenidən qaydaları pozduğu üçün "ilişib". La Liqanın son çempionuna 2025/26 mövsümündə Çempionlar Liqası üçün qeydiyyatdan keçə biləcək oyunçuların sayına məhdudiyyət qoyula bilər. Bundan başqa, liqanınin ümumi mərhələsində komandanın hesabından xalların silinməsi də mümkündür.
Oxşar Mövzular
İnsultun yaxınlaşmasının xəbərçisi olan əlamət
23-12-2024, 23:05
ABŞ Hörmüz boğazı sahillərində İranın raket mövqelərinə zərbələr endirdi
18-03-2026, 17:31
