Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Nigeriya millisinin futbolçusu Viktor Osimhen üçün ödəmək istədiyi məbləğ bəlli olub.
King.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, ərəblər İtaliyanın "Napoli" komandasının 26 yaşlı hücumçusuna illik 50 milyon avro maaş təklif etməyə hazırlaşır.
Bundan əvvəl Osimhen "Əl-Hilal"ın üç təklifini rədd edib.
Qeyd edək ki, Viktor Osimhen geridə qalan mövsümdə icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda çıxış edib. O, 41 oyunda iştirak edərək 37 qol vurub və 8 qolun ötürməsini edib.
Oxşar Mövzular
Yerdə maqnit qasırğası başlayıb
27-03-2025, 02:37Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfərini təxirə salıb
7-01-2025, 23:08