0
Bazar ertəsi
İyn 30

Kazemiro gələcək karyerası ilə bağlı qərar verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İngiltərənin "Mançester Yunayted" komandasının yarımmüdafiəçisi Kazemiro gələcək karyerası ilə bağlı qərar qəbul edib.

King.Az bu barədə "Mirror" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, 33 yaşlı futbolçu karyerasını "qırmızı şeytanlar"ın heyətində davam etdirmək niyyətindədir.

Kazemironun qərarına mayın sonunda Braziliya milisinə dəvət alması da təsir göstərib. Kazemiro 2026-cı il dünya çempionatında iştirak etmək istəyir.

Qeyd edək ki, Kazemiro 2022-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyur.

Şərhlər (0)

Şərh yaz