0
Cümə axşamı
İyl 03

"Napoli" PSV-nin yarımmüdafiəçisini alır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

PSV-nin yarımmüdafiəçisi Noa Lanq "Napoli"yə keçəcək.

King.Az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar müqavilənin əksər detalları ilə bağlı razılığa gəliblər. Yalnız ödəniş şərtlərini razılaşdırmaq qalır.

Qeyd edək ki, Lanq 2023-cü ildən PSV-də çıxış edir. 26 yaşlı hollandiyalı 2024/25 mövsümündə 44 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.

Şərhlər (0)

Şərh yaz