"Mançester Siti" qapıçı Dioqo Koşta ilə bağlı "Portu" ilə danışıqlara başlayıb.
King.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçunun satınalma qiyməti 75 milyon avrodur və "Siti" bu məbləği ödəməyə hazırdır. Futbolçunun özü də karyerasının davamı üçün bu varianta razıdır.
Qeyd edək ki, Koştanın "Portu" ilə müqaviləsi 2027-ci ilə qədərdir. 2024/25 mövsümündə qapıçı 43 oyun keçirib və 45 qol buraxıb. "Transfermarkt" futbolçunun transfer dəyərini 40 milyon avro qiymətləndirir.
Oxşar Mövzular
Trampın administrasiyası: "İranla bağlı qərar qəbul etmək lazımdır"
20-01-2025, 13:12Azərbaycanda daha bir tiktoker həbs olundu
27-12-2024, 01:40