0
Cümə
İyl 18

UEFA Avropa Liqası: Arda Turanın "Şaxtyor Donetsk"i "Beşiktaş"ın rəqibi oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində "Beşiktaş"ın rəqibi Arda Turanın "Şaxtyor Donetsk" komandası olub.

King.Az xəbər verir ki, "Şaxtyor Donetsk" klubu I təsnifat mərhələsinin cavab oyununda səfərdə Finlandiya təmsilçisi "İlves"lə üz-üzə gəlib.

"Şaxtyor Donetsk" ilk oyunda 6:0 hesabı ilə qalib gəlib və cavab oyununda qolsuz heç-heçədən sonra ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

İkinci təsnifat mərhələsinin "Beşiktaş" - "Şaxtyor Donetsk" oyunları iyulun 24-də və 31-də keçiriləcək.

Şərhlər (0)

Şərh yaz