0
Cümə axşamı
Avq 07

"Araz-Naxçıvan" – "Omoniya" matçına azarkeş marağı nə qədərdir?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycanı avrokuboklarda təmsil edən "Araz-Naxçıvan" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşacağı matçda komandamıza 1 200 azarkeş dəstək olacaq.

King.Az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Araz-Naxçıvan" klubunun mətbuat katibi Mahal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "Araz-Naxçıvan" - "Omoniya" matçı üçün hələlik ümumilikdə 1200 bilet satılsa da, bu gün daha çox biletin satılacağını gözləyirlər.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da "Liv Bona Dea Arena"da keçiriləcək.

Şərhlər (0)

Şərh yaz