0
Cümə axşamı
Avq 14

"Levski"nin əsas oyunçusu "Sabah"la görüşü buraxa bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Levski"nin futbolçusu Georgi Kostadinov bu gün Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"la cavab oyununu buraxa bilər.

King.Az xəbər verir ki, yarımmüdafiəçi dünən komandanın son məşqində iştirak etməyib. O, Bakıya gəlsə də, hələ özünü narahat hiss edir.

Kostadinovun bu gün meydana çıxmaq ehtimalı azdır.

Qeyd edək ki, "Sabah" - "Levski" oyunu saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda bolqarlar qələbə qazanıblar - 1:0.

Şərhlər (0)

Şərh yaz