0
Şənbə
Avq 16

Messi ağır zədəsini sağaldıb: "Los-Anceles Qalaksi"yə qarşı oyunda iştirak edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"İnter Mayami"nin 38 yaşlı argentinalı futbolçusu Lionel Messi iki həftə əvvəl aldığı ağır zədəni sağaldaraq sıraya qayıdıb.

King.Az xəbər verir ki, bu barədə ESPN nəşri komandanın baş məşqçisi Xavyer Maskeranoya istinadən məlumat yayıb.

Futbolçu avqustun 16-dan 17-nə keçən "Los-Anceles Qalaksi"yə qarşı ev oyununda iştirak edə biləcək.

Məlumat üçün əlavə edək ki, Lionel Messi Liqalar Kubokunda "Nekaksa" (Meksika) komandasına qarşı ev oyununda zədələnərək meydanı tərk etmişdi.

Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır.

Şərhlər (0)

Şərh yaz