"Milan"da çıxış edən Luka Modriç İtaliya A Seriyasında debüt edərək ölkə çempionatının tarixinə düşüb.
King.Az-ın "Sport-express" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalist Nikola Skira məlumat paylaşıb.
Məlumata görə, 39 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasında debüt edən ən yaşlı futbolçu ünvanını əldə edib.
Xorvat oyunçu bu nailiyyətə evdə "Kremoneze" ilə matçda meydana çıxmaqla sahib olub.
Qeyd edək ki, Modriç A Seriyasında 39 yaş, 11 ay və 14 günündə debüt edib.
Xatırladaq ki, sözügedən matç "Milan"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Oxşar Mövzular

Gündəlik Bürclər-(10.03.2025)
10-03-2025, 02:15"Botafoqo"nun argentinalı futbolçusu "Atletiko Madrid"də
16-07-2025, 12:19