0
Cümə
Avq 29

Misli Premyer Liqası: III tura iki oyunla start veriləcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bu gün Misli Premyer Liqasında üçüncü tura start veriləcək.

King.Az xəbər verir ki, ilk oyun günündə iki oyun baş tutacaq.

"Sumqayıt" klubu "Şamaxı"nı, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək.

Qeyd edək ki, turun digər oyunlarında "Zirə" klubu "Kəpəz"lə, "Araz-Naxçıvan" klubu "Qəbələ" ilə avqustun 30-da üz-üzə gələcək. Turun son günündə isə - avqustun 31-də "Karvan-Yevlax" klubu "Qarabağ"la, "Sabah" klubu "İmişli" qarşılaşacaq.

29 avqust

Misli Premyer Liqası

III tur

Saat 18:30, "Sumqayıt" - "Şamaxı";

Saat 20:30, "Neftçi" - "Turan Tovuz".

Şərhlər (0)

Şərh yaz