"Mançester Yunayted"in kamerunlu qapıçısı Andre Onana Türkiyənin "Trabzonspor" klubuna keçməyə razılıq verib.
King.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbə iddia edir ki, Onana artıq Türkiyə klubu ilə müqavilənin şərtlərini razılaşdırıb və 29 yaşlı əlcək ustası bu həftə Türkiyədə olacaq.
Xatırladaq ki, daha əvvəl Türkiyə klubunun kamerunlu qolkiperin icarəsi ilə bağlı "Mançester Yunayted"lə şifahi razılığa gəldiyi bildirilirdi.
Oxşar Mövzular

"Kempinski Residences Bayıl Bay" - Birillik lüks yaşayış təcrübəsi
4-12-2025, 11:57"Lada Aura" avtomobillərinin əyləc sistemində problem yaşanıb
30-12-2024, 13:04Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğası başa çatıb
10-08-2025, 20:36