UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Qarabağ səfərdə "Benfika" ilə matçda geridönüş edərək əzmkar qələbə qazanıb.
King.Az xəbər verir ki, hesabda 0:2 geridə olan ağdamlılar yekunda 3:2 hesabı ilə qalib gəliblər.
Qolları "Benfika"nın heyətində Barreneçea (6), Pavlidis (16), "Qarabağ"ın heyətində Leandro Andrade (30), Kamilo Duran (48), Aleksey Kaşşuk (86) vurublar.
"Qarabağ" Çempionlar Liqasında növbəti matçını oktyabr ayının 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Təmsilçimiz Danimarkanın "Kopenhagen" klubunu qonaq edəcək.
Oxşar Mövzular

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
10-01-2026, 13:03
Gündəlik Bürclər-(26.02.2026)
26-02-2026, 00:00