0
Bazar ertəsi
Sen 22

Misli Premyer Liqasında azarkeşləri təhqir edən baş məşqçi istefaya göndərildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk baş məşqçi istefası reallaşıb.

King.Az AZƏRTAC-a istinadla xəbər verir ki, "Kəpəz" çalışdırıcısı Adil Şükürovla yollarını ayırıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna komandanın cari mövsümdə sərgilədiyi oyun və uğursuz nəticələr səbəb olub. Komanda Premyer Liqanın son turunda səfərdə "Qəbələ"yə 3 cavabsız qolla uduzub. O, qarşılaşmadan sonra azarkeşləri təhqir də edib.

İstefa ilə bağlı qərarın bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Adil Şükürov bu mövsümün əvvəlində "Kəpəz"in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi komandaya rəhbərlik edib.

Şərhlər (0)

Şərh yaz