0
Bazar ertəsi
Noy 10

La Liqa: Levandovskidən het-trik, "Barselona"dan inamlı qələbə

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İspaniya La Liqasının 12-ci turunda "Barselona" səfərdə "Selta" ilə üz-üzə gəlib.

King.Az xəbər verir ki, görüş qarşılıqlı qollarda yadda qalıb.

Levandovskinin het-triki və Yamalın dəqiq zərbəsi sayəsində qonaqlar dörd dəfə rəqib torunu silkələyiblər. Meydan sahibləri bu qollardan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 2:4.

Hazırda katalon klubu 28 xalla lider "Real Madrid"in ən yaxın izləyicisidir. Komandaları 3 xal ayırır. "Selta" isə 13 xalla elə 13-cü pillədə qərarlaşıb.

Şərhlər (0)

Şərh yaz