0
Cümə
Dek 05

Azərbaycan Kubokunun 1/4 finalında ən çox oynayan klublar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Şamaxı" klubu tarixində 20-ci, "Sumqayıt" isə 10-cu dəfə futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak edəcək.

King.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, 1/4 finalçılar arasında ən yüksək göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq. Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atan "Neftçi" ilə fərqi azaldacaq.

Mərhələnin digər iştirakçılarından "Qəbələ" və "Kəpəz" 17-ci, "Zirə" 11-ci, "Sabah" 7-ci, "Turan Tovuz" 2-ci dəfə 1/4 finalda oynayacaq.

Şərhlər (0)

Şərh yaz