0
Bazar ertəsi
Dek 08

"Qarabağ" - "Ayaks" oyununun hakim təyinatları açıqlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun hakim təyinatları bəlli olub.

King.Az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi FIFA referisi Rade Obrenoviç olacaq. Ona Yure Praprotniklə Qreqa Kordej kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Mateo Tozan yerinə yetirəcək.

VAR-da Matey Yuq, AVAR-da isə Alen Boroşak olacaqlar.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.

Şərhlər (0)

Şərh yaz