0
Bazar ertəsi
Dek 08

"Liverpul" komandasının əsas oyunçuları baş məşqçinin istefasını istəyirlər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Liverpul" klubunun kapitanı Vircil Van Deyk və bəzi digər əsas oyunçuları komandanın baş məşqçisi Arne Slotla münasibətlərin korlanmasından danışan ulduz futbolçu Məhəmməd Salahın tərəfini tutublar.

King.Az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Ceyms Uotlend "X" sosial şəbəkəsində məlumat verib.

Futbolçular niderlandlı mütəxəssisinin istefaya göndərilməsinin tərəfdarıdırlar. Bir müddət əvvəl Salah Slotu oyunçulara qarşı hörmətsizlikdə ittiham etmişdi.

Qeyd edək ki, Arne Slot "Liverpul"a 2024-cü ilin yayından başçılıq etməyə başlayıb. Onun rəhbərliyi altında "Liverpul" 2024/25 mövsümündə İngiltərə çempionu olub.

Cari mövsümdə isə mersisaydlılar 15 matçdan sonra 23 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində doqquzuncu yerdə qərarlaşıblar.

Şərhlər (0)

Şərh yaz