AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XVI turunda keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.
King.Az xəbər verir ki, R.Həsənov "Karvan-Yevlax" - "Neftçi" oyununda FIFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.
Belə ki, hakimin birinci hissənin sonunda qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını söyləyib.
O, bundan əlavə, "Kəpəz" - "Turan Tovuz", "Qəbələ" - "Qarabağ", "Zirə" - "İmişli" və "Sumqayıt" - "Sabah" görüşlərindəki mübahisəli epizodları da şərh edib və həmin oyunlarda səhvlərin olmadığını vurğulayıb.
Oxşar Mövzular
Uill Smit 20 il sonra ilk albomunu buraxacaq
17-03-2025, 11:40İtaliya A Seriyası: "Napoli" "Milan"ı məğlub etdi
31-03-2025, 11:05Haiti millisi Azərbaycanla yoldaşlıq görüşünə 15 yaşlı futbolçu gətirib
18-03-2025, 14:51