0
Şənbə
Yan 03

"Çelsi" İngiltərə çempionatında iş təcrübəsi olan mütəxəssislə maraqlanır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Entso Mareskanın komandadan ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan "Çelsi" klubu İngiltərə çempionatında iş təcrübəsi olan mütəxəssislərlə maraqlanır.

King.Az "Football Insider"ə istinadən xəbər verir ki, London klubu bu məqsədlə "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hauya müraciət edib.

48 yaşlı məşqçi 2021-ci ilin noyabrından "Nyukasl Yunayted"i idarə edir. İngiltərə Premyer Liqasının (İPL) cari mövsümündə 19 turdan sonra "sağsağanlar" 26 xal toplayıb və 13-cü yerdədirlər.

"Çelsi" isə 30 xalla beşinci pillədə qərarlaşıb.

Şərhlər (0)

Şərh yaz