0
Çərşənbə axşamı
Yan 13

Fransa millisinin keçmiş üzvü Mamadu Sako karyerasını başa vurdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Fransa millisinin, "Liverpul" və PSJ-nin keçmiş müdafiəçisi Mamadu Sako 35 yaşında karyerasını başa vurduğunu elan edib.

King.Az "France24" nəşrinə istinadən xəbər verir ki, Sako ötən ilin yanvar ayında Gürcüstanın "Torpedo Kutaisi" klubundan ayrıldıqdan sonra klubsuz qalmışdı.

Qeyd edək ki, Fransa millisinin heyətində 29 dəfə meydana çıxan futbolçu PSJ akademiyasının yetirməsidir. O, 2012-13 mövsümündə Liqa 1 titulunu qazanan komandada yer alıb.

Şərhlər (0)

Şərh yaz