0
Şənbə
Yan 17

İtaliyanın məşhur klubunun prezidenti Rokko Kommisso öldü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İtaliyanın "Fiorentina" futbol klubunun prezidenti Rokko Kommisso ölüb.

King.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərinin uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat etdiyi bildirilib.

"Fiorentina" bəyan edib ki, klubun "Viola Park" təlim mərkəzi Kommissonun adını daşıyacaq.

Kommisso "Fiorentina"nın səhmlərini satın alıb və 2019-cu ildən klub prezidenti idi. Onun rəhbərliyi dövründə Florensiya təmsilçisi iki dəfə UEFA Konfrans Liqasının (2023, 2024) və bir dəfə İtaliya Kubokunun finalına (2023) yüksəlib.

Şərhlər (0)

Şərh yaz