Cənubi Koreyanın "Daejeon" klubunda çıxış edən millimizin müdafiəçisi Anton Krivotsyuk vitse-kapitan seçilib.
King.Az xəbər verir ki, komandanın əsas kapitanı isə Ju Min Kyu təyin edilib.
Qeyd edək ki, 2023-cü ildən "Daejeon"un heyətində çıxış edən Anton Krivotsyuk 92 oyunda meydana çıxıb, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar Mövzular
