Bu həftə zədədən qayıdacağı gözlənilən Mahir Emrelinin "Kayzerslautern"də kollektiv məşqlərə qayıtması təxirə salınıb.
King.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, millimizin hücumçusu fevral ayına qədər meydana çıxmayacaq.
Qeyd edək ki, futbolçu oktyabr ayından bəri zədə səbəbindən məşqlərdən uzaq qalıb və yanvarın əvvəlində fərdi məşqlərə qayıdıb.
Xatırladaq ki, M.Emreli "Kayzerslautern"ə ötən ilin yay transfer pəncərəsində "Nürnberq"dən keçid edib.
Oxşar Mövzular
Olivye Jirunun evindən 500 min dollar dəyərində əşya oğurlanıb
18-02-2025, 15:04Baharın sonuna qədər BÜRCLƏR nə etməlidirlər?
24-04-2025, 11:20