Portuqaliyanın "Braqa" futbol klubu Türkiyənin "Beşiktaş" komandasının gənc istedadı Demir Ege Tıknazı transfer edib.
King.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçinin transfer məbləği yeddi milyon avro təşkil edir. Bundan əlavə, "Braqa" klubu "Beşiktaş"a 500 min avro məbləğində bonus ödəyəcək.
Razılaşmaya əsasən, Portuqaliya təmsilçisi futbolçunun gələcəkdə başqa kluba satışı zamanı əldə olunacaq məbləğin 20 faizini "Beşiktaş"a ödəyəcək.
Demir Ege Tıknazla bağlanan müqavilənin müddəti 2030-cu ilin sonunadək nəzərdə tutulub.
Oxşar Mövzular
Hindistanda 14 yaşlı qız on gün ərzində iki dəfə zorla evləndirildi
27-09-2025, 15:32Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı
22-03-2025, 01:57