0
Cümə
Yan 23

Kazemironun "Mançester Yunayted"dən ayrılacağı tarix açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Mançester Yunayted" futbol klubunun yarımmüdafiəçisi Kazemiro mövsümün sonunda müqavilə müddəti bitdikdən sonra komandanı tərk edəcək.

King.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, futbolçu 2022-ci ildə "Real Madrid"dən "Mançester Yunayted"ə keçib.

Cari mövsümdə Kazemiro "qırmızı şeytanlar"ın start heyətində 18 matçda meydana çıxıb, bu oyunlarda dörd qol və bir məhsuldar ötürməni öz aktivinə yazdırıb.

Şərhlər (0)

Şərh yaz