0
Şənbə
Fev 07

Xames Rodriges yeni kluba keçdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Real Madrid" və "Bavariya"nın keçmiş yarımmüdafiəçisi Xames Rodriges azad agent qismində MLS-nin "Minnesota Yunayted" klubu ilə müqavilə imzalayıb.

King.Az xəbər verir ki, bu barədə "Minnesota Yunayted"in mətbuat xidməti məlumat yayıb.

34 yaşlı kolumbiyalı ilə razılaşma 2026-cı ilin iyununa qədər nəzərdə tutulub. Müqavilədə razılaşmanı həmin ilin dekabrına qədər uzatmaq bəndi də yer alıb.

Xames Rodrigesin son klubu Meksikanın "Leon" komandası olub.

Şərhlər (0)

Şərh yaz