0
Cümə axşamı
Fev 12

"Tottenhem"də Tomas Frankın istefasına rəqib komandaya heyranlığı səbəb olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Tottenhem"in heyəti komandanın sabiq çalışdırıcısı Tomas Frankın əzəli rəqib "Arsenal"ı tez-tez xatırlatmasından şikayətlənib.

King.Az "The Telegraph" nəşrinə istinadla bildirir ki, "topçular"a göstərilən bu xüsusi diqqət "Tottenhem" rəhbərliyinin baş məşqçini vəzifəsindən kənarlaşdırması ilə nəticələnib.

Danimarkalı mütəxəssisin komanda iclaslarında Premyer Liqa liderinin uğurlarını mütəmadi olaraq müzakirəyə çıxarması bəzi futbolçuların qıcıqlanmasına yol açıb.

"O, futbolçulara davamlı olaraq "Arsenal"dan danışırdı və onlar qısa müddətdə bundan yoruldular. Hətta "Emirates" stadionundakı qarşılaşmadan əvvəl və sonra da o, yetirmələri ilə "Arsenal"ın nə qədər güclü olduğunu müzakirə edirdi. Bəziləri "Bəsdir bu "Arsenal" barədə danışdın" deyə düşünürdülər", - nəşrin mənbəsi bildirib.

Fevralın 11-də "Tottenhem" Tomas Frankın istefaya göndərildiyini rəsmən bəyan edib. London klubu İngiltərə Premyer Liqasında ardıcıl səkkiz matçdır ki, qələbə üzünə həsrətdir. Komanda hazırda 26 turdan sonra topladığı 29 xalla 2025/26 mövsümünün turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Buna baxmayaraq, "Tottenhem" Çempionlar Liqasının qrup mərhələsini səkkiz görüşdən 17 xalla dördüncü yerdə tamamlayaraq 1/8 finala yüksəlməyi bacarıb.

Şərhlər (0)

Şərh yaz