0
Bazar ertəsi
Fev 16

"Napoli" "Roma" ilə qollu heç-heçə etdi - VİDEO

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 25-ci turu çərçivəsində keçirilən "Napoli" - "Roma" qarşılaşması başa çatıb. Final fitindən sonra hesab 2:2 qeydə alınıb.

King.Az xəbər verir ki, görüş İtaliyanın Neapol şəhərində yerləşən Dieqo Armando Maradona adına stadionda keçirilib. Matçın baş hakimi Andrea Kolombo olub.

Bu oyundan sonra "Napoli" 50 xalla İtaliya çempionatının yüksək divizionunda üçüncü pillədə qərarlaşıb. 47 xala malik "Roma" isə turnir cədvəlinin dördüncü sırasında yer alır.

Növbəti turda neapollular fevralın 22-də səfərdə "Atalanta" ilə üz-üzə gələcəklər. Romalılar isə həmin gün öz meydanlarında "Kremoneze"ni qəbul edəcəklər.

Şərhlər (0)

Şərh yaz