"Real Madrid" futbol klubunun qapıçısı Tibo Kurtua Fransanın II Liqasında (Ligue 2) çıxış edən "Le-Man" futbol klubunun səhmdarı olacaq.
King.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Klubun mətbuat xidmətindən bildirilib ki, belçikalı qolkiper həm idman, həm də media sahəsində yüksək peşəkarlıq təcrübəsinə malikdir.
Qeyd edək ki, "Le-Man" klubu ötən yay "OutField" və "OakBerry" investisiya fondları ilə yeni maliyyə tərəfdaşlığına başladığını elan edib. Tibo Kurtua bu layihəyə qoşulan yeganə ulduz sima deyil. Ondan əvvəl məşhur serbiyalı tennisçi Novak Cokoviç, həmçinin keçmiş "Formula-1" pilotları Felipe Massa və Kevin Maqnussen də kluba investisiya qoyaraq layihənin iştirakçısı olublar.
Mütəxəssislərin fikrincə, belə nüfuzlu idmançıların kluba cəlb edilməsi "Le-Man"ın həm maliyyə dayanıqlılığını, həm də beynəlxalq səviyyədə tanınmasını hədəfləyir.
Oxşar Mövzular
Xərçəngin profilaktikası üçün əlçatan məhsul: Həkim məsləhəti
2-10-2025, 14:21