0
Cümə
Fev 20

Məhkəmə qərarından sonra PSJ Mbappeyə 4 milyon avro ödədi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

PSJ klubu məhkəmə qərarından sonra "Real Madrid"in hücumçusu Kilian Mbappeyə olan 6 milyon avro məbləğində qalıq borcunun 4 milyonunu ödəyib. Buna baxmayaraq, tərəflər arasındakı maliyyə anlaşılmazlığı hələ də öz həllini tapmayıb.

King.Az "L Équipe" portalına istinadən xəbər verir ki, məhkəmə icraçılarının müdaxiləsindən sonra Paris təmsilçisi sabiq futbolçusuna qismən ödəniş həyata keçirib.

Qeyd edək ki, məhkəmə daha əvvəl PSJ-nin futbolçuya ödənilməmiş maaş, mükafatlar və faizlər daxil olmaqla, ümumilikdə 60.9 milyon avro kompensasiya ödəməli olduğuna dair qərar çıxarmışdı. Əsas vəsait və qalıq borcun bir hissəsi artıq köçürülsə də, tərəflər arasında 2 milyon avroluq fərq hələ də mübahisə mövzusu olaraq qalır. Klub isə futbolçu ilə tam hesablaşdığını iddia edir.

Xatırladaq ki, münaqişə Mbappenin 2024-cü ilin yayında "Real Madrid"ə pulsuz transferindən sonra yaranıb. Danışıqlar davam edir və növbəti məhkəmə müdaxiləsinin mümkünlüyü istisna edilmir.

Şərhlər (0)

Şərh yaz