UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində dörd qarşılaşma keçirilib.
King.Az xəbər verir ki, gecənin maraqla gözlənilən qarşılaşmalarından biri "İnter" və "Budyo Qlimt" klubları arasında baş tutub.
Çempionlar Liqasının ötən mövsümünün finalçısı "İnter" öz meydanında sürpriz şəkildə uduzaraq turnirlə vidalaşıb - 1:2.
Tərəflər arasında ilk görüş Norveç təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. İki görüşün yekununda "Budyo Qlimt" rəqibini 5:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.
"Bayer Leverkuzen" - "Olimpiakos" matçı isə qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
İlk matçda almanlar səfərdə rəqibini 0:2 hesabı ilə məğlub etdiyinə görə, "Bayer Leverkuzen" iki görüşün yekununda adını 1/8 final mərhələsinə yazdırıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Atletiko Madrid" - "Brügge" - 4:1 (ilk oyun 3:3);
"Nyukasl Yunayted" - "Qarabağ" - 3:2 (6:1).
Oxşar Mövzular

Gündəlik Bürclər-(01.12.2025)
1-12-2025, 00:00