"Qarabağ"ın futbolçusu Leandro Andrade Premyer Liqada 40-cı qolunu vurub.
King.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubiley qolu 127-ci oyununa təsadüf edib.
O, Misli Premyer Liqasının XXIII turunun "Araz-Naxçıvan"la görüşündə (6:0) dubl müəllifi olub. Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb.
Premyer Liqada 2021/22 mövsümündə debüt edən və yalnız "Qarabağ"da çıxış edən Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb. Yarımmüdafiəçi 41 qol vuran Samir Məmmədov, Fazil Əsədov, Leandro Qomeş və Baqali Daboya şərik çıxıb.
Oxşar Mövzular
Rusiya qırıcıları Baltik dənizində təhlükəsizlik zonasını pozub
20-09-2025, 16:46Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcəklər
27-03-2025, 22:11İngiltərə Premyer Liqası: Liverpul derbisində qalib müəyyənləşmədi
13-02-2025, 13:26