0
Cümə axşamı
Mar 12

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin həyəcan dolu ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına iddialı namizədlərin adları məlum olub.

King.Az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Qitənin bir nömrəli klub turnirində həftənin ən yaxşısı adı uğrunda Xviça Kvaratsxeliya (PSJ), Federiko Valverde ("Real Madrid"), Xulian Alvares ("Atletiko Madrid") və Maykl Olise ("Bavariya") kimi ulduz futbolçular mübarizə aparırlar.

Qeyd edək ki, bu adın sahibi məhz UEFA-nın rəsmi saytında keçirilən səsvermənin yekunlarına əsasən müəyyənləşəcək.

Şərhlər (0)

Şərh yaz