UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları başa çatıb.
King.Az xəbər verir ki, turun maraqla gözlənilən görüşlərindən biri "Roma" və "Bolonya" klubları arasında baş tutub.
İlk matçda qollu heç-heçəyə razılaşan (1:1) İtaliyanın iki təmsilçisi cavab oyununda hərəyə üç dəfə fərqlənib - 3:3. Əsas vaxta əlavə edilmiş hissələrdə "Bolonya" daha bir dəfə fərqlənərək 1/4 final mərhələsində iştirak hüququ qazanıb.
"Portu" - "Ştutqart" matçında 2:0 hesablı nəticə qeydə alınıb. İlk görüşdə də qalib gələn (1:2) Portuqaliya təmsilçisi 1/4 final mərhələsində çıxış etmək hüququ əldə edib.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Frayburq" - "Genk" - 5:1 (ilk oyun 0:1);
"Lion" - "Selta Viqo" - 0:2 (1:1);
"Midtyulland" - "Nottingem Forest" - 1:2 (penaltilərdə 0:3) (ilk oyun 1:0).
"Aston Villa" - "Lill" - 2:0 (1:0);
"Real Betis" - "Panatinaikos" - 4:0 (0:1).
Oxşar Mövzular

Ramazan ayının 9-cu gününün İmsak, İftar vaxtları və Duaları
26-02-2026, 23:10
