"Bavariya"nın 40 yaşlı əfsanəvi qapıçısı Manuel Noyer Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmanla aralarında münaqişə yaranmasına dair iddialara son qoyub.
King.Az xəbər verir ki, ulduz futbolçu bu səs-küylü məsələyə aydınlıq gətirmək üçün Almaniyanın ZDF kanalına xüsusi açıqlama verib.
"Yayılan xəbərlər qətiyyən həqiqəti əks etdirmir. Biz mütəmadi əlaqə saxlayırıq. O, eyni zamanda "Bavariya"da mənim məşqçim olub və aramızda ən xırda problem belə yoxdur. Əksinə, olduqca yaxşı münasibətlərə sahibik. Kənardan deyilənlər heç birimizin vecinə deyil, buna görə də şayiələrə tamamilə sakit yanaşırıq.
Hazırda dünya çempionatına hazırlıq prosesinin heç bir mərhələsində iştirak etmirəm. Əvvəllər də dəfələrlə vurğuladığım kimi, bütün diqqətim yalnız "Bavariya"nın uğurlarına köklənib. Bu möhtəşəm komandanın bir hissəsi olmaq mənə böyük zövq verir. Bizi qarşıda bir-birindən vacib və həlledici matçlar gözləyir, mən isə bu oyunlardan maksimum həzz almağa çalışacağam", - deyə Noyer qeyd edib.
Xatırladaq ki, təcrübəli qolkiper hələ 2024-cü ilin avqustunda milli karyerasını başa vurduğunu rəsmən elan etmişdi.
Oxşar Mövzular
Dünyanın ən güclü futbol liqasının adı açıqlandı
20-01-2025, 13:18