0
Bazar ertəsi
Apr 27

"Milan" - "Yuventus" oyununda qalib müəyyənləşmədi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 34-cü turunda "Milan" ilə "Yuventus" arasında keçirilən oyun başa çatıb.

King.Az xəbər verir ki, "San-Siro" stadionunda baş tutan qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Görüşün 36-cı dəqiqəsində "Yuventus"un yarımmüdafiəçisi Kefren Tyuram-Yulyen fərqlənsə də, qol qeydə alınmayıb. "Milan"ın yarımmüdafiəçisi Luka Modriç isə 79-cu dəqiqədə zədə səbəbindən meydanı tərk edib.

Hazırda "Milan" 34 oyundan sonra 67 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və ikinci yerdə olan "Napoli"dən iki xal geri qalır. "Yuventus" isə 64 xalla dördüncü sıradadır.

Şərhlər (0)

Şərh yaz