Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "Motor Lublin" klubundan ayrılır.
King.Az bu barədə Lublin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, 27 yaşlı futbolçu ilə iyunun 30-da başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.
"Renat, "Motor Lublin"də oynadığınız üçün təşəkkür edirik və gələcək karyeranızda sizə uğurlar arzulayırıq!" - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, 2025-ci ilin iyulunda "Motor" klubuna qoşulan Dadaşov komandanın heyətində 22 oyun keçirib.
Oxşar Mövzular
SEPAH generalı Rusiyanı xəyanətdə ittiham etdi
10-01-2025, 00:30Ukraynada atəşkəs danışıqları: Rusiya ABŞ-dən nələri tələb edib?
13-03-2025, 14:37