"Karvan-Yevlax" klubu heyətində dəyişikliklərə gedib.
King.Az xəbər verir ki, Yevlax təmsilçisi nigeriyalı futbolçu Qavi Thompsonla yollarını ayırıb.
Futbolçu ilə müqavilə müddəti yenilənməyib. 26 yaşlı oyunçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.
Komanda daha bir legionerinə də "əlvida" deyib. Klub ruandalı futbolçu Coy-Slayd Mikelslə də başa çatan müqaviləni yeniləməyib. 30 yaşlı hücumçu isə mövsüm ərzində 19 oyunda 5 qol vurub.
Oxşar Mövzular
