0
Çərşənbə axşamı
İyn 09

Kriştianu Ronaldu Portuqaliya prezidentinə forma hədiyyə etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu ölkə Prezidenti Antoniu Joze Sequruya siyasətçinin soyadı və 2026 rəqəmi əks olunmuş yığma forması hədiyyə edib.

King.Az xəbər verir ki, bu barədə məlumatı millinin mətbuat xidməti yayıb.

Dövlət başçısı dünya çempionatına yola düşməzdən əvvəl futbolçuları və komandanın məşqçilər heyətini qəbul edib. Görüş zamanı Ronaldu Sequrunun əlindən Portuqaliya bayrağını təhvil alıb.

Futbol üzrə dünya çempionatı 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Portuqaliya yığması Konqo DR, Kolumbiya və Özbəkistan komandaları ilə eyni qrupda mübarizə aparacaq.

Şərhlər (0)

Şərh yaz