3
Şənbə
Mar 01

İftar vaxtı – Ramazanın ikinci günü, 2 mart 2025-ci il

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ramazanın ikinci günü – 2 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:


✅İmsak: 05:49
✅İftar: 18:47


-Bu günün duası:

Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.

-Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

İftar duası

Bismillahir-Rəhmanir-Rəhim.
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli”.


Tərcüməsi:

Bağışlayan və mehriban Allahın adı ilə.
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Şərhlər (0)

Şərh yaz