İndoneziya Prezidenti Prabovo Subianto ölkə fermerlərinə min bayquş verməyi vəd edib.
King.Az "Jakarta Post" portalına istinadla xəbər verir.
Quşlar kənd təsərrüfatı işlərinə zərər vuran siçovullarla mübarizə üçün veriləcək.
Ölkə prezidentinin fikrincə, bayquşlar gəmiricilərlə mübarizənin səmərəli və ekoloji təmiz üsulu olacaq:
"Bayquşlar çoxala və uzunmüddətli perspektivdə fayda verə biləcəklər".