0
Bazar ertəsi
Dek 23

Mahir Emreli və Renkadan sonra növbə İlkin Həsəniyə çatdı - Yeni dələduzluq üsulu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Son zamanlar sosial şəbəkələr, xüsusilə "WhatsApp" vasitəsilə insanların aldadılması halları tez-tez rast gəlinən dələduzluq üsulları arasında yer alır. Bu dəfə dələduzluğun hədəfində tanınmış aparıcı İlkin Həsəni olub.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, aparıcının adından istifadə edən naməlum şəxs onun tanışlarına müraciət edərək pul istəyib.

İ.Həsəni sosial şəbəkə hesabında bu hadisə ilə bağlı paylaşım edərək yazıb:

"Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir və üstəlik yerli bank kartı rekvizitlərini atır", - deyə İ.Həsəni yazıb.

Mahir Emreli və Renkadan sonra növbə İlkin Həsəniyə çatdı - Yeni dələduzluq üsulu

Qeyd edək ki, bundan əvvəl rəqqasə Rəna Ağamuradova (Renka) və futbolçu Mahir Emreli də oxşar hallarla qarşılaşmaları barədə sosial şəbəkə hesablarında paylaşımlar ediblər.
Şərhlər (0)

Şərh yaz